Sizin reklam burada
Sizin reklam burada

Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır

Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır


Cari ilin yanvar - oktyabr ayları ərzində Analitik Ekspertiza Mərkəzi tərəfindən qeydiyyat proseduruna müraciət edilmiş dərman vasitələrinə 1 136 vəsiqə verilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 145-i orijinal dərman vasitəsidir.

"Qeydiyyatdan keçən preparatlar arasında onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələri də mövcuddur", - deyə AEM-in məlumatında bildirilib.

Qeyd edək ki, Azərbaycanda patentləşdirilmiş özünəməxsus adı ilə dövriyyəyə daxil edilmiş dərman vasitələri, yəni orijinal dərman vasitələri qeydiyyata alınır. Generiklər - orijinal dərman vasitələrinə müstəsna patent hüquqlarının müddəti bitdikdən sonra digər istehsalçılar tərəfindən həmin tərkibdə, dozada və formada istehsal edilmiş dərman vasitələrinin analoqları da dövlət qeydiyyatına alınır.

Bütün bu sadalananlar "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun 6.3.-cü maddəsi ilə tənzimlənir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ