Sizin reklam burada
Sizin reklam burada

Ukraynada parka zərbə endirildi, 3 nəfər həlak oldu - Çoxlu sayda yaralı var

Ukraynada parka zərbə endirildi, 3 nəfər həlak oldu - Çoxlu sayda yaralı var


Rusiya ordusunun Ukraynanın Xarkov vilayətində yerləşən Novaya Vodolaga qəsəbəsinin mərkəzi parkına PUA ilə hücumu nəticəsində 3 nəfər, o cümlədən bir körpə həlak olub.

Ukraynanın daxili işlər naziri İvan Vıqovski hadisə barədə “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, hücum zamanı azı 14 nəfər yaralanıb, onlardan 7-si uşaqdır.

Nazir bildirib ki, hadisə yerində təcili xidmət əməkdaşları işləyir, xəsarət alanlara tibbi yardım göstərilir. Ərazidə partlayıcı maddələrin olub-olmadığı da yoxlanılır.

Xarkov Vilayət Prokurorluğu hücumun “Geran-3” tipli pilotsuz uçuş aparatı ilə həyata keçirildiyini ehtimal edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ