Səudiyyə Ərəbistanında AH-6i kəşfiyyat helikopterinin qəzaya uğraması nəticəsində ekipajın iki üzvü həlak olub.
Bu barədə Reuters məlumat yayıb.
Agentliyin məlumatına görə, qəzanın səbəbi texniki nasazlıq olub. Helikopter ölkənin cənubundakı Nəcran bölgəsində qəzaya uğrayıb. Bildirilir ki, qəza Səudiyyə Ərəbistanı Milli Qvardiya Nazirliyinin yurisdiksiyasında olan ərazidə baş verib.
Hadisənin digər təfərrüatları açıqlanmır. Mümkün xəsarət alanlar və infrastruktur obyektlərinə dəyən ziyan barədə məlumat yoxdur.

