Sizin reklam burada
Sizin reklam burada

Bu ölkə yenidən qaranlığa qərq oldu

Bu ölkə yenidən qaranlığa qərq oldu



Kubada növbəti dəfə bütün ölkə üzrə elektrik kəsintisi yaşanıb.

Bu barədə yerli KİV məlumat yayıb.

Kuba Dövlət Elektrik Birliyi (UNE) Milli Elektrik Sisteminin tamamilə çökdüyünü açıqlayıb.

Elektrik şəbəkəsinin tam bərpası bir neçə gün çəkə bilər. Bərpa prosesi mərhələli şəkildə həyata keçiriləcək və əvvəlcə ayrı-ayrı bölgələrdə elektrik enerjisinin verilişi bərpa olunacaq.

Bu, 2026-cı ildə Kubada qeydə alınan üçüncü, son 24 ayda isə səkkizinci genişmiqyaslı elektrik kəsintisidir.

  • Sosial şəbəkədə paylaş