ABŞ 2021-ci ildə Türkiyəyə tətbiq etdiyi CAATSA (ABŞ-ın rəqiblərinə qarşı sanksiyalar vasitəsilə mübarizə qanunu - red.) sanksiyalarını aradan qaldıra bilər.
Bu barədə ABŞ prezidenti Donald Tramp Ankara Prezident iqamətgahında Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata açıqlamasında bildirib.
O, jurnalistlərin məsələ ilə bağlı sualına, "Biz dostlarımıza sanksiya tətbiq etmək istəmirik" cavabını verib.

