Sizin reklam burada
Sizin reklam burada

Həyat çətinləşib: Ruslar kütləvi surətdə belə bir iş axtarırlar

Həyat çətinləşib: Ruslar kütləvi surətdə belə bir iş axtarırlar


Bu bahar rusiyalıların üçdə birindən çoxu yarımştat iş axtarmağı planlaşdırır.
Bu barədə "Rabota.ru" və "Podrabotka" servislərinin analitikləri tərəfindən keçirilmiş sorğunun nəticələrində qeyd olunub.
Bildirilir ki, tədqiqat 23-26 fevral tarixlərində aparılıb və orada müxtəlif yaş kateqoriyalarından olan ümumilikdə 3,2 mindən çox vətəndaş iştirak edib.
Məlum olub ki, respondentlərin 38 faizi mart-may aylarında əlavə iş axtarmaq niyyətindədir. Bu tip planlar barədə ən çox tikinti sahəsinin (45 faiz) və pərakəndə ticarətin (40 faiz) nümayəndələri bildiriblər.
Əlavə qazanc mənbəyi tapmaq istəyini həmçinin aqrar sənaye, nəqliyyat və loqistika, təhsil və elm, mühasibatlıq sahələrinin əməkdaşları da aktiv şəkildə qeyd ediblər (hər biri üzrə 33 faiz).
Tibb sahəsində sorğu iştirakçılarının 30 faizi, İT və telekommunikasiya sahəsində isə 28 faizi oxşar niyyətdə olduqlarını bəyan ediblər.
Xatırladaq ki, vətəndaşların bir hissəsinin öz maaşlarından narazı olması barədə bundan əvvəl "Vıberu.ru" onlayn servisinin analitikləri məlumat vermişdi. Sorğunun nəticələrinə görə məlum olub ki, respondentlərin 18 faizi gəlirlərini əsas iş yeri ilə bağlı olmayan əlavə iş və ya layihələr tapmaq yolu ilə artırmağı planlaşdırır.

  • Sosial şəbəkədə paylaş