Qara dənizin Türkiyə sahillərində neft tankerinə növbəti PUA hücumu edilib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Palau bayrağı altında üzən “Elbus” adlı tanker Kastamonu şəhərinin 50 km-də hücuma məruz qalıb.
Hücum nəticəsində tankerin bir hissəsi zədələnib. Heyət üzvləri arasında xəsarət alan olmayıb.
Tanker hazırda İnebolu limanına çəkilib.
