Sizin reklam burada
Sizin reklam burada

İran bir neçə ölkədəki ABŞ hərbi obyektlərini vurdu

İran bir neçə ölkədəki ABŞ hərbi obyektlərini vurdu


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Yaxın Şərq ölkələrindəki Amerika hərbi obyektlərinə hücum etdiyini açıqlayıb.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
SEPAH-ın bəyanatında bildirilir ki, uğurlu əməliyyat zamanı İranın raket və pilotsuz uçuş aparatları bölmələri zərbə dronları və yüksək dəqiqlikli ballistik raketlərdən istifadə edərək, BƏƏ-dəki "Əd-Dafra" bazasının "Patriot" radarlarına, dispetçer qülləsinə və hava hücumundan müdafiə anqarlarına sarsıdıcı zərbələr endirib.
Bundan əlavə, İran qüvvələri Küveytdəki "Əl-Adiri" bazasındakı anqarlara, həmçinin Bəhreyndəki "Şeyx-İsa" bazasına hücum edib; sonuncunun ərazisində anqarlar, radarlar və yanacaq çənləri vurulub.

  • Sosial şəbəkədə paylaş