
Avropa İttifaqı 2025-ci ilin sonuna qədər Gürcüstana heç bir maliyyə yardımı göstərməyəcək.
Bu barədə "İzvestiya" qəzeti Avropa Komissiyasına istinadla məlumat yayıb.
Avropa Komissiyası qeyd edib ki, bu il ərzində Tbilisi üçün heç bir dəstək tədbiri planlaşdırılmayıb. 2024-cü ildə Aİ Gürcüstan hakimiyyətinə ümumi məbləği 120 milyon avrodan çox olan birbaşa yardımı dayandırıb. Bu vəsait iqtisadi islahatları dəstəkləmək üçün nəzərdə tutulub.
