Sizin reklam burada
Sizin reklam burada

"Time" jurnalı 2025-ci ilin sənətçisini seçdi

 "Time" jurnalı 2025-ci ilin sənətçisini seçdi

Nüfuzlu "Time" jurnalı aktyor Leonardo Di Kaprionu "İlin sənətçisi" elan edib.

Bu barədə nəşrin rəsmi saytında məlumat verilib.

Jurnalistlər qeyd ediblər ki, Di Kaprio çoxlarının həsəd aparacağı bir karyera qurub. Xüsusilə, məqalənin müəllifləri aktyorun inanılmaz performansını qeyd ediblər.

"Dünya onun üzünə baxmaqdan heç vaxt yorulmur", - deyə jurnalda vurğulanıb.

Xatırladaq ki, 2025-ci ildə Di Kaprio Pol Tomas Andersonun "Döyüşdən döyüşə" filmində rol alıb. Bu film tənqidçilər və tamaşaçılar tərəfindən dünya miqyasında olduqca yüksək qiymətləndirilib.

Film ən nüfuzlu kino mükafatlarına real namizədlərdən sayılır.

  • Sosial şəbəkədə paylaş