arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı

Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladıBirinci rübdə Çin Rusiyadan neft idxalının həcmini illik müqayisədə 14,7% azaldıb.

Məlumatı Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi təqdim edib.

Beləliklə, bu rəqəm 24,315 milyon tona düşüb.

Bu dövrdə Rusiyadan neft tədarükünün dəyəri 13 milyard dollar təşkil edib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 22% azdır . Rusiya Çinə neft tədarükçüləri arasında hələ də birinci yerdədir.

Daha əvvəl "Bloomberg" iki ölkə arasında ticarət müharibəsinin kəskinləşməsi səbəbindən ABŞ -dan Çinə neft axınının çox güman ki, sıfıra enəcəyini yazmışdı. Nəşr bildirib ki, cari tarif səviyyəsi saxlanılarsa, bu yaxın aylarda baş verəcək.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bəyan edib ki, Rusiya tərəfi Çinə bu ölkənin ehtiyac duyduğu qədər neft göndərməyə hazırdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ