arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Türkiyədən Ayasofya ilə bağlı qərar: Altı əsrdən sonra ilk dəfə...

Türkiyədən Ayasofya ilə bağlı qərar: Altı əsrdən sonra ilk dəfə...Dünyaca məşhur Ayasofya məscidinin əsas günbəzi böyük layihə çərçivəsində altı əsrdən sonra ilk dəfə bərpa olunacaq.

Bu barədə Türkiyənin mədəniyyət naziri Mehmet Nuri Ersoy "X" sosial media hesabında paylaşım edib.

"Ayasofya məscidinin günbəzi zəlzələlərə daha davamlı olması üçün gücləndiriləcək", - nazir bildirib.

O, bərpa işləri zamanı məbəddə xidmətlərin davam etdiriləcəyini də vurğulayıb.

Layihənin rəhbəri Əhməd Güleç jurnalistlərə bildirib ki, məscidin baş günbəzinin bərpası ilk belə iş olacaq. Qədim mozaikalara zərər verməmək üçün iş ehtiyatla aparılacaq. Günbəz polad konstruksiya ilə möhkəmləndiriləcək, içərisinə 43,5 metr hündürlüyündə dörd sütun üzərində metal platforma quraşdırılacaq.

Daha əvvəl məlum olmuşdu ki, Ayasofya məscidinə giriş əcnəbi vətəndaşlar üçün ödənişli olaraq qalacaq. Türkiyə vətəndaşları üçün giriş pulsuzdur.

  • Sosial şəbəkədə paylaş