arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Zəlzələdən sonra İstanbulda malikanələr satışa çıxarıldı

Zəlzələdən sonra İstanbulda malikanələr satışa çıxarıldı

23 apreldə İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra Boğaz sahilindəki malikanələr sürətlə satışa çıxarılıb.

Məlumatı Türkiyə mediası yazıb.

Qeyd olunub ki, son iki həftədə dəyəri milyardlarla lirə olan beş mülk satışa qoyulub.

Tikililərin əksəriyyətinin yaşı 100-200 ildir. Mütəxəssislər estetik və mədəni irs baxımından bənzərsiz olan bu tikililərin mühəndislik və yerə davamlılıq baxımından bugünkü standartlara uyğun olmadığını bildirirlər.

Məlumata görə, Boğaziçi boyunca təxminən 600 malikanə var. Bu malikanələrin əhəmiyyətli bir hissəsi tarixi abidə statusuna malikdir. Lakin bu, onların zəlzələyə davamlı olması demək deyil. Taxta materiallar və ənənəvi texnika ilə tikilən malikanələr zamanla köhnəlib. İndi daşınmaz əmlak bazarında tələb Bodrum, Alaçatı və Çeşmə kimi daha təhlükəsiz bölgələrə yönəlib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ