Sizin reklam burada
Sizin reklam burada

Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir

Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir

Gürcü xüsusi təyinatlıları etirazçılar istiqamətində yenidən gözyaşardıcı qazdan istifadə ediblər. Buna baxmayaraq etirazçılar barrikadalar qurmağa davam edirlər.

Ötən gecə xüsusi təyinatlılar Rustaveli prospektində etirazçıları dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə etməyə davam edərək onları qonşu küçələrə çıxarıblar.

Toqquşmaların müxtəlif yerlərində yanğınlar başlayıb, lakin etirazçılar Gürcüstan himnini oxumağa davam edərək dağılmayıblar.

Bildirilir ki, "RİA Novosti"nin müxbiri Tbilisidə parlamentin yaxınlığında müxalifətin nümayişini dağıdarkən, xüsusi təyinatlılar aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə edən zaman təhlükəsizlik qüvvələri tərəfindən yaralanıb.

Müxbirin əlləri, üzü və boynu yanıb.

Xatırladaq ki, Gürcüstanın hakim partiyası parlament seçkilərinin nəticələrinə əsasən ölkənin icra və qanunvericilik orqanlarını formalaşdırmaqda davam etsə də, müxalifət nümayəndələri ümumxalq səsverməsinin nəticələrinin saxtalaşdırıldığını hesab edərək, onların ləğvini tələb edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ