Sizin reklam burada
Sizin reklam burada

Dendias elan etdi: Yunanıstan ordusunda inanılmaz yenilik

Dendias elan etdi: Yunanıstan ordusunda inanılmaz yenilik

Yunanıstanın müdafiə naziri Nikos Dendias ölkədə silahlı qüvvələrin yenidən qurulması planını açıqlayıb.

Dendias Yunanıstan Silahlı Qüvvələrinin yenidən qurulması ilə bağlı 2024-2035-ci illər planını parlamentdə Xarici Siyasət və Müdafiə Komitəsinə təqdim edib.

Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, bu çərçivədə məcburi hərbi xidmət, peşəkar hərbi xidmət və silahlanma ilə bağlı bir çox dəyişikliklər nəzərdə tutulur.

Nəzərdə tutulan dəyişikliklər sırasında kazarmaların sayının 837-dən 705-ə endirilməsi, pilotsuz uçuş aparatlarından (PUA) və hava hücumlarından bütün ölkəni əhatə edəcək havadan mühafizə sipərinin yaradılması, Silahlı Qüvvələrin silah-sursatının, texnikasının, təyyarələrin və helikopterlərin müasirləşdirilməsi daxildir. 4,5 və 5-ci nəsil təyyarələrin əldə edilməsi, təbii fəlakətlərə cavab gücünün artırılması və Şərqi Aralıq dənizində əməliyyat qabiliyyətinin artırılması kimi detallar da var.

Digər tərəfdən, Yunanıstanda nəşr olunan "Kathimerini" qəzeti Yunanıstanın İHA və hava hücumlarına qarşı 2 milyard avro dəyərində müdafiə qalxanı yaratmaq üçün İsraillə danışıqlar apardığını iddia edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ