Sizin reklam burada
Sizin reklam burada

Tramp sülh planını işə salır - Tezliklə Putin və Zelenski ilə görüşəcək

Tramp sülh planını işə salır - Tezliklə Putin və Zelenski ilə görüşəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yaxın vaxtlarda Rusiya və Ukraynaya səfəri mümkündür.

Bunu türkiyəli analitik Engin Özer "RİA Novosti"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Tramp tərəfləri atəşkəsə razı salmaq üçün bu ölkələrə səfər edə bilər.

“Trampın planının gerçəkləşməsi üçün onun vəzifəyə başlamasına ehtiyac yoxdur. Sadəcə, tərəfləri razı salmalıdır. Yaxın vaxtlarda o, atəşkəsin texniki detallarını müzakirə etmək üçün Moskva və Kiyevə səfər edə bilər", - deyə Özer qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ