Sizin reklam burada
Sizin reklam burada

Türkiyə Trampın qələbəsindən nə gözləyir? - 2018-ci ildə...

Türkiyə Trampın qələbəsindən nə gözləyir? - 2018-ci ildə...

ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsindən sonra Türkiyə ABŞ-ın Rusiyaya qarşı sanksiyaları səbəbindən respublikanın maliyyə qurumlarına təzyiqləri azaldacağını gözləyir.

Bu barədə noyabrın 7-də Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib.

“Şirkətlərimiz Rusiyaya qarşı sanksiyalara görə maliyyə sektorunda böyük təzyiq altındadır. Xüsusən də banklarımıza böyük təzyiqlər var. Gələcəkdə bunun azalacağını və ya tamamilə dayanacağını gözləyirik. Əgər Ukraynada sülh bərqərar olarsa, bu, Ukrayna və Rusiya da daxil olmaqla, müqavilə xidmətlərinin və bu sahədə investisiyaların əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq”, - nazir bildirib.

Bolat həmçinin qeyd edib ki, Respublikaçılar Partiyası Senatda çoxluğu qazanıb və bu, onlara maliyyə təşəbbüsləri üzrə Konqresdə irəliləməyə imkan verəcək. O, xüsusilə, Türkiyənin ABŞ-la ticarət əlaqələrini ehtiyatlı nikbinliklə qiymətləndirdiyini bildirib.

Nazir, embarqonun ləğvi və Türkiyəyə qarşı daha balanslı, ədalətli və bərabər yanaşmanın tətbiqi ilə ölkənin müdafiə sənayesinin bəzi ehtiyaclarının qarşılanmasını gözlədiyini də ifadə edib.

“Bundan başqa, biz gömrük rüsumlarının, xüsusən də polad və toxuculuq məhsullarımız üçün azaldılmasını gözləyirik”, - deyə nazir bildirib.

Məlumat üçün bildirək ki, 2018-ci ildə prezidentlik dövründə Donald Tramp Türkiyə ilə münasibətlərdə yaranmış bir sıra siyasi fikir ayrılıqları fonunda poladda 50 faiz, alüminiumda isə 20 faizədək tariflərin artırılmasını təsdiqləyib. Həmçinin ABŞ Türkiyəyə "F-35" qırıcılarını pulu ödənilməsinə baxmayaraq təhvil verməyib və Ankaranın Rusiyadan "S-400" zenit-raket kompleksi alması ilə bağlı problemə görə onu layihədən çıxarıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ