Sizin reklam burada
Sizin reklam burada

Zelenskiyə çağırış: Putinin planına əməl et!

Zelenskiyə çağırış: Putinin planına əməl et!



Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Leonid Slutski Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiya lideri Vladimir Putinin təklif etdiyi sülh planına əməl etməyə çağırıb.

O, bu barədə Zelenskinin qışa qədər münaqişəyə son qoyulmasının zəruriliyi ilə bağlı bəyanatını şərh edərkən deyib.

O bildirib ki, hərbi əməliyyatların başa çatması etibarlı beynəlxalq təhlükəsizlik nizamının bərpasına imkan verəcək.

Slutski qeyd edib ki, Ukrayna prezidenti son ukraynalıya qədər Rusiyaya qarşı müharibəni davam etdirmək istəyən Qərb siyasətçilərinə əbəs yerə meyil edir:

"Qərbin Kiyev rejiminə növbəti silah tədarükü xüsusi hərbi əməliyyatı ləngidəcək, lakin onun gedişatını dəyişməyəcək".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ