Qətərdə təşkil olunan dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.
Oxu.Az xəbər verir ki, bu raundun ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı bəlli olacaq.
“Lusail” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək.
Cənubi Amerika təmsilçisi əvvəlki mərhələdə Niderlandı, avropalılar isə Braziliyanı mübarizədən kənarlaşdırıb.
Argentina 2014-cü il, Xorvatiya isə 2018-ci il dünya çempionatının finalçısı olub.
DÇ-2022
Yarımfinal
13 dekabr
23:00. Argentina - Xorvatiya
Baş hakim: Daniele Orsato (İtaliya)
“Lusail” stadionu
Qeyd edək ki, yarımfinalın digər matçında Fransa millisi Mərakeşi sınağa çəkəcək.