Qətərli fotoqraf Xalid əl Misslam Qətərdəki Dünya Çempionatını işıqlandırarkən ölən ikinci jurnalist olub.
APA-nın xəbərinə görə, bu barədə “Gulf Times” nəşri məlumat verib.
Mərhum Al Kass TV-nin əməkdaşı olub. Ölüm səbəbi açıqlanmır.
Qeyd edək ki, 9 dekabrda ABŞ-dan olan jurnalist Qrant Uol da çempionatı şərh edərkən həyatını itirib.