Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku Cənubi Qafqaz turu çərçivəsində bu gecə Bakıya gələcəklər.
Bu barədə Rumıniya xarici işlər naziri Boqdan Auresku özünün “Twitter” səhifəsində yazıb.
O, bildirib ki, Bakından sonra nazirlər Yerevan və Tbilisiyə səfər edəcəklər.
Qeyd edək ki, nazirlərin Cənubi Qafqaza səfəri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin tapşırığı ilə baş tutacaq.