Sizin reklam burada
Sizin reklam burada

“Neftçi”nin Konfrans Liqasındakı potensial rəqibləri – SİYAHI

“Neftçi”nin Konfrans Liqasındakı potensial rəqibləri – SİYAHI


“Neftçi” klubu 2026/2027 mövsümündə UEFA Konfrans Liqasında mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq.
6,500 əmsala malik “Neftçi” birinci təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər sırasında yer alacaq.
“Neftçi”nin ümumi səpələnmə siyahısına görə 26 mümkün rəqibindən 17-si artıq bəllidir. Bunlar Latviyanın “Liepaya”, Finlandiyanın “İlves” və “İnter Turku”, Andorranın “UE Santa Koloma”, Uelsin “Connah’s Quay”, “Penibont” və “Kaernarfon Taun”, İrlandiyanın “Bohemians”, İslandiyanın “Styarnan”, Cəbəllüttariqin “Europa”, Kosovonun “Malişeva”, Qazaxıstanın “Yelimay”, Litvanın “Hegelmann”, Farer adalarının “Runavik”, Şimali İrlandiyanın “Qlentoran”, Maltanın “Marsaxlokk” və Estoniyanın “Nomme Kalyu” komandalarıdır.
Qeyd edək ki, UEFA-nın təqviminə əsasən, Konfrans Liqasında birinci təsnifat mərhələsinin püşkü 16 iyunda atılacaq. Bu raundun ilk oyunları 9 iyulda, cavab qarşılaşmaları isə 16 iyulda keçiriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ