



16 May 2025-ci il tarixində Ağsu rayon Gəgəli kənd güləş zalında "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş idman növü üzrə ustad dərsləri keçirildi.
SSRİ idman ustası məşqçi-müəllim Elman Şikarovun rəhbərliyi ilə baş tutan ustad dərslərində iştirakçılara sərbəst güləş idman növü ilə bağlı geniş məlumat verildi və isinmə hərəkətləri yerinə yetirildi. Daha sonra müxtəlif güləş fəndləri icra olundu.
Tədbirin təşkilində məqsəd sərbəst güləş idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliği olmuşdur.
#AZEidman #birkimibirlikdə #AZEgənclər