arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Qəbələ-Xankəndi ultramarafonunun mükafatçıları müəyyənləşdi

Qəbələ-Xankəndi ultramarafonunun mükafatçıları müəyyənləşdiQəbələ-Xankəndi ultramarafonunun sonuncu - dördüncü mərhələsinin mükafatçıları müəyyənləşib.

Ağdamdan başlayan yarış Xankəndidə sona çatıb.

Ultramarafon iştirakçıları bu mərhələdə 28 kilometr məsafə qət ediblər.

Son mərhələnin qalibi kişilər arasında türkiyəli atlet Ömer Alkanoğlu olub. İkinci yeri onun həmyerlisi Üzeyir Söyləməz, üçüncü pilləni isə gürcüstanlı Georgi Lomidze tutublar.

Üzeyir Söyləməz əvvəlki üç mərhələni də birinci pillədə başa vurduğu üçün əsas mükafat ona verilib.

Qadınların mübarizəsində son mərhələni türkiyəli Hasibe Deniz birinci, ukraynalı Alyona Şevçenko ikinci, azərbaycanlı atlet Leyla Abdinova isə üçüncü sırada başa vurublar.

Burada da ilk üç mərhələdə Alyona Şevçenko bütün rəqiblərini qabaqladığı üçün əsas qalib o hesab edilib.

Qeyd edək ki, "İdman paytaxtı" Qəbələ şəhərindən start götürən ultramarafona 23-ü qadın olmaqla 81 atlet qatılıb. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri yer alıblar.

Ümumilikdə 192 kilometr məsafəni əhatə edən ultramarafonun ilk mərhələsində iştirakçılar Qəbələdən Ağdaşa qədər 55 km məsafəni qaçıblar.

İdmançılar daha sonra Ağdaşdan Bərdəyə (65 km) və Bərdədən Ağdamadək (44 km) məsafəni qət ediblər. Əvvəlki üç mərhələnin mükafatçıları ayrıca təltif ediliblər.

  • Sosial şəbəkədə paylaş