arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Cüdoçularımız Avropa Kubokunda 2 qızıl və 2 bürünc medal qazanıblar

Cüdoçularımız Avropa Kubokunda 2 qızıl və 2 bürünc medal qazanıblarGənc cüdoçulardan ibarət Azərbaycan yığması Polşanın Poznan şəhərində keçirilən Avropa Kubokunun ilk günündə uğurlu çıxış edib.

Millimizin dörd idmançısı fəxri kürsüdə yer almağı bacarıb.

60 kq çəki dərəcəsində iki cüdoçumuz medala sahib çıxıb. Fərid Qarayev bütün rəqiblərinə qalib gələrək, kürsünün ən yüksək pillədə yer alıb. Nihad Məmişov isə Avropa Kubokunda bürünc medal qazanıb.

Məhəmməd Musayev (66 kq) yarışda birinci olub. Abil Yusubov (73 kq) Avropa Kubokunda bürünc medal qazanıb.

Qeyd edək ki, hazırda yığma 4 medalla ümumi sıralamaya başçılıq edir. Turnirə 23 ölkədən 412 cüdoçu qatılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ