




13 mart 2025-ci il tarixində Ağsu şəhər Polad Mirzəyev adına 5 nömrəli tam orta məktəbdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "Yetişməkdə olan gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda seminar keçirildi.
Tədbirdə çıxış edənlər müasir dövrdə sosial şəbəkələrin gənclərin həyatına göstərdiyi mənfi təsirlər və eyni zamanda milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində yaratdığı çətinlikləri vurğuladılar. Son illərdə rayonda milli-mənəvi dəyərlərin qorunmasın və həmçinin gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi məqsədilə aparılan maarifləndirmə tədbirlərini qeyd etdilər.
Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi və onların milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması olmuşdur.
#AZEgənclər #AZEidman #birkimibirlikdə