Sizin reklam burada
Sizin reklam burada

“31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş ağırlıqqaldırma idman növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilib

25 dekabr 2024-cü il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Ağırlıqqaldırma” idman zalında “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş ağırlıqqaldırma idman növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd ağırlıqqaldırma idman növünün uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və məktəblilərin respublika yarışlarında iştirak edəcək idmançıların müəyyənləşdirilməsidir.
Sonda qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə mükafatlandırılıblar.
#AZEgənclər #AZEidman #birkimibirlikdə

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ