01 noyabr 2024-cü il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə UGİM-nin “Güləş” idman zalında yeniyetmələr arasında sərbəst güləş üzrə "Zəfər" turniri keçirilib.
Turnirin keçirilməsində əsas məqsəd sərbəst güləş idman növünün rayonda uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, qruplarda keçirilən təlim-məşq proseslərinin təkmilləşdirilməsi, zona və respublika miqyaslı yarışlarda iştirak edəcək yeniyetmə idmançıların müəyyən olunmasıdır.
Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına uyğun keçirilən yarışda məşqçi-müəllimlər İnqilab Şiraliyev, Pəhlivan Balaqardaşov, Oqtay Yəhyayev və Valeh Etibarovun U15 və U17 yaş qrupları üzrə 54 nəfər yetirməsi iştirak edib. Müxtəlif çəki dərəcələrində qalib gəlmiş idmançılar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.
#gənclərvəidmannazirliyi #birkimibirlikdə #AZEsport