Sizin reklam burada
Sizin reklam burada

Uşaq və yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə rayon turniri keçirilib

14 sentyabr 2024-cü il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan İdman Kompleksində uşaq və yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə rayon turniri keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinin qeyd olunması, uşaq və yeniyetmələr arasında stolüstü tennis idman növünün kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və respublika miqyaslı yarışlarda iştirak edəcək idmançıların aşkar olunmasıdır.
Turnirdə Azərbaycan Stolüstü Tennis Federasiyasının Qobustan üzrə bölməsinin 3 yaş qrupu üzrə 22 idmançısı iştirak etmişdir.
2013-2015-ci il təvəllüdlü oğlanlar arasında Musayev Tural, Mədətov Əli və Məmmədov Ağababa, 2011-2012-ci il təvəllüdlü oğlanlar arasında Qayıbov Səid, Mikayılov Tunar və Məmmədov Nihad, 2008-2010-cu təvəllüdlü oğlanlar arasında isə Qasımov Ramal, Babayev Aydın və Mamedov Telman fərqlənərək müvafiq olaraq 1-3-cü yerlərə sahib çıxmışlar.
Qalib və mükafatçılara Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim olunmuşdur.
#gənclərvəidmannazirliyi #birkimibirlikdə #AZEsport

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ