16 sentyabr 2024-cü il tarixindən Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə təhsil müəssisələrinin idman zallarında gənclər arasında voleybol üzrə Qobustan rayon turniri keçirilir.
Qələbə uğrunda Qobustan şəhərindən və kəndlərindən 8 komanda olmaqla 96 idmançı mübarizə aparır. Artıq ilk turun nəticələri qeydə alınmışdır:
“Qobustan-1” - “Təklə” 3:1
“Qobustan-2” - “Poladlı” 3:0
“Ərəbşalbaş” - “Sündü” 1:3
“Xilmilli” - “Qobustan-3” 0:3
Turnirin keçirilməsində əsas məqsəd gənclər arasında voleybol idman növünün kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və gənclərin asudə vaxtının səmərəli təşkil olunmasıdır.
Turnir sentyabr ayının 20-dək davam edəcəkdir.
#gənclərvəidmannazirliyi #birkimibirlikdə #AZEsport