arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

"Neftçi" Qara Qarayevi göndərdi: Bu qədər təzminat qarşılığında

"Neftçi" Qara Qarayevi göndərdi: Bu qədər təzminat qarşılığında



"Neftçi" uzun müddətdir yolları ayırmaq üçün danışıqlar aparıdığı yarımmüdafiəçi Qara Qarayevlə, nəhayət anlaşıb.

"Ağ-qaralar" baş məşqçi Roman Qriqroçukun əsas komandada görmək istəmədiyi və idman şöbəsi tərəfindən əvəzedici heyətə göndərilən 31 yaşlı futbolçuya təzminat ödəyəcək.

Paytaxt klubu Qarayevlə müqaviləyə xitam vermək üçün 100 min manat təzminat ödəməyə razılıq verib. "Neftçi" tezliklə ayrılığı rəsmən açıqlayacaq.

Qara Qarayev 2023-cü ilin yayında "Qarabağ"dan azad agent statusu ilə ayrılaraq "Neftçi" ilə 2 illik anlaşmışdı. Böyük ehtimalla, onun yeni klubu Ağdam təmsilçisindən və millidən komanda yoldaşı olduğu Rəşad Sadıqovun rəhbərlik etdiyi "Zirə" olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ