Sizin reklam burada
Sizin reklam burada

Bakıda beynəlxalq güləş turnirinə yekun vuruldu

Bakıda beynəlxalq güləş turnirinə yekun vuruldu
Yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq “Təhsil” turnirinə yekun vurulub.

“Report”un məlumatına görə, Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi yarışın sonuncu günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

Bakı İdman Sarayında keçirilən turnirdə Rəvan Həsənzadə (48 kq), Ayxan Cavadov (55 kq), Murad Zeynalabdinov (65 kq), Orxan Hacıyev (80 kq), Mahir Qurbanlı (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

48 kq

Final: Emin Cavadlı (Azərbaycan) – Rəvan Həsənzadə (Azərbaycan) 5:7

Bürünc medal görüşü: Səid Qurbanzadə (Azərbaycan) – Maxat Murzamadinov (Qazaxıstan) 0:8

55 kq

Final: Səyyad Nağızadə (Azərbaycan) – Ayxan Cavadov (Azərbaycan) 2:7

Bürünc medal görüşü: Maksut Cankurtaran (Azərbaycan) – Muhamməd Məmmədov (Azərbaycan) 9:0

Bürünc medal görüşü: Nicat Dadaşov (Azərbaycan) – Əli Seyidəlili (Azərbaycan) 10:2

65 kq

Final: Murad Zeynalabdinov (Azərbaycan) – Emil Abdullayev (Azərbaycan) 3:2

Bürünc medal görüşü: Həmzə Rəsulzadə (Azərbaycan) – Orxan Əliyev (Azərbaycan) 2:7

Bürünc medal görüşü: Ömər Məmmədli (Azərbaycan) – Sunat Abdullayev (Tacikistan) 0:9

80 kq

Final: Elnur Hüseynov (Azərbaycan) – Orxan Hacıyev (Azərbaycan) 0:10

Bürünc medal görüşü: Rəcəb Şirinov (Azərbaycan) – Fəxri Bəkirli (Azərbaycan) 14:4

110 kq

Final: Mahir Qurbanlı (Azərbaycan) – Əli Bayramov (Azərbaycan) 5:1

Qeyd edək ki, Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Fransa, Böyük Britaniya və İsraildən ümumilikdə 200-dən artıq idmançı iştirak edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ