Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan taekvondoçuları dünya çempionatını bir medalla başa vurublar

Azərbaycan taekvondoçuları dünya çempionatını bir medalla başa vurublar



Azərbaycan taekvondoçuları Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatını bir bürünc medalla başa vurublar.

“Report”un məlumatına görə, son olaraq mübarizəyə qoşulan Minayə Əkbərova (46 kq) və Qaşım Maqomedov (58 kq) da medalsız qalıblar.

Qeyd edək ki, Azərbaycan mundialda ümumilikdə səkkiz taekvondoçu ilə təmsil olunub. Yığmada yalnız 68 kq çəki dərəcəsində mübarizə aparmış Cavad Ağayev bürünc medala sahib çıxıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ