“Qarabağ”ın futbolçusu Qara Qarayev Azərbaycan milli komandasına dəvət almamasına münasibət bildirib.
30 yaşlı yarımmüdafiəçi “Report”a açıqlamasında yığmada olmadığı üçün üzüldüyünü söyləyib.
Qarayev 10 il mütəmadi olaraq yığmanın formasını geyindiyini xatırladıb:
“Ölkəmi layiqli təmsil etməyə çalışmışam. Baş məşqçi eyni fikirdə qaldı. Onun fikirlərinə hörmətlə yanaşıram. Hər zaman milliyə layiq olmağa çalışmışam”.