Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.
“Report”un məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı finalda Miva Morikava (Yaponiya) ilə qarşılaşıb.
Rəqibinə 0:10 hesabı ilə məğlub olan Mirzəzadə gümüş medalla kifayətlənməli olub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.