Sizin reklam burada
Sizin reklam burada

Avropa Liqası: “Qarabağ” ən uzun “quru” seriyaya malik 3 komandadan biridir

Avropa Liqası: “Qarabağ” ən uzun “quru” seriyaya malik 3 komandadan biridir




“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ən uzun “quru” seriyaya malik 3 komandadan biridir.

“Report”un məlumatına görə, G qrupunda yer alan Ağdam klubu ardıcıl 3 oyunda qol buraxmayıb.

II turda Bakıda Fransa “Nant”ını 3:0 hesabı ilə darmadağın edən “köhlən atlar” ardınca Yunanıstanda “Olimpiakos”a eyni aqibəti yaşadıb. Azərbaycan çempionunun Pirey təmsilçisi ilə Bakıda keçirilmiş IV tur matçında isə hesab açılmayıb.

“Qarabağ”la eyni qrupda mübarizə aparan Almaniya “Frayburq”u və İspaniya “Real Sosyedad”ı da eyni göstəriciyə malikdir.

Ağdam təmsilçisi turnirdə ən az qol buraxan komandalar sırasında 4-5-ci yerləri bölüşdürür. Komanda 4 oyuna qapısında cəmi 2 top görüb. İlk üç pillədə “Real Sosyedad”, İngiltərə “Arsenal”ı və “Frayburq” (hərəyə 1 qol) qərarlaşıb. 4-cü pillədəki Niderland PSV-si və 6-cı yerdəki Almaniyanın “Union” (Berlin) komandası da 2 qol buraxıb.

“Qarabağ”ın hücumçusu Ovusu Kvabena isə çərçivəyə ən çox düşən futbolçuların siyahısında İngiltərə “Mançester Yunayted”indən Markus Reşford, Berlin “Union”undan Şeraldo Bekker, Avstriya “Şturm”undan Vilyam Vik və “Frayburq”dan Mixael Qreqoriçlə 2-6-cı yerləri bölüşdürür.

Qeyd edək ki, “Qarabağ” 4 turdan sonra 7 xalla ikinci pillədə qərarlaşıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ