Sizin reklam burada
Sizin reklam burada

Avropa çempionatı: Günay Məmmədzadə erməni rəqibinə qalib gəldi

Avropa çempionatı: Günay Məmmədzadə erməni rəqibinə qalib gəldi
Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

“Report”un xəbərinə görə, Məmmədzadə IX turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib.

Azərbaycanın digər şahmatçılarından Gülnar Məmmədova İnna Qaponenko (Ukrayna), Xanım Balacayeva Anna Uşenina (Ukrayna) və Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə heç-heçə edib. Ləman Hacıyeva isə Anna Sarqsyana (Ermənistan) uduzub.

Hazırda Ülviyyə Fətəliyevanın Monika Soçko (Polşa) və Səbinə İbrahimovanın Noqa Orian (İsrail) ilə görüşü davam edir.

Qeyd edək ki, Avropa çempionatına avqustun 31-də yekun vurulacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ