“Qrupdakı ən güclü komanda “Olimpiakos”dur”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare mətbuat konfransında deyib.
59 yaşlı fransalı mütəxəssis bəzi futbolçuların qrup mərhələsində İtaliyanın “Roma”, İngiltərənin “Arsenal” və “Mançester Yunayted” klubları ilə düşmək istədiklərini bildirib:
“Çətin qrupda yer almışıq. Çünki biz kiçik barmağıq və avrokuboku yenidən kəşf edəcəyik. Bu turnirdə sonadək mübarizə aparmaq və Fransa futbolunu layiqincə təmsil etmək niyyətindəyik”.
Qeyd edək ki, “Qarabağ” G qrupunda “Nant”la yanaşı, Yunanıstanın “Olimpiakos” və Almaniyanın “Frayburq” klubları ilə üz-üzə gələcək.