Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanlı Paralimpiya çempionu zəhərlənib: “Nəsə yemişdi, vəziyyəti pis idi”

Azərbaycanlı Paralimpiya çempionu zəhərlənib: “Nəsə yemişdi, vəziyyəti pis idi”



“Həmid Heydəri gəlməyib. Çünki bir gün əvvəl vəziyyəti pis olub, xəstələnmişdi. Hazırda Bakıda müalicə alır”.

Bunu Oxu.Az-a para atletika üzrə milli komandamızın baş məşqçisi, ikiqat Paralimpiya, ikiqat dünya və ikiqat Avropa çempionu Oleq Panyutin deyib.

2016-cı il Paralimpiya Oyunlarının gümüş, 2020-ci il Paralimpiya Oyunlarının qızıl medalçısı olmuş Həmid Heydəri 27 iyunda Tunisdə start götürəcək ilin beşinci Qran-pri turnirinə yollanmayıb. Ərdəbil azərbaycanlısı olan nizəatanımız iyunun 23-də yola düşən komandamıza son anda qoşulmayıb.

Oleq Panyutin onun zəhərlənmə ehtimalı olduğunu bildirib:

“O, İrandan gəlmişdi. Nəsə yemişdi. Vəziyyəti pis idi”.

Qeyd edək ki, komandamız Tunisdə Səid Nəcəfzadə, Elmir Cəbrayılov, Kamil Əliyev, Xıdır Əhmədov, Orxan Qasımov, Elşən Quliyev, Aidə Rzayeva, Hüseyn Həsənov və Məhərrəm Qasımovdan ibarət heyətlə təmsil olunacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ