Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan millisinə amerikalı basketbolçu qoşuldu - FOTO

Azərbaycan millisinə amerikalı basketbolçu qoşuldu - FOTO
Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət milli komandamız Serbiyanın paytaxtı Belqrad şəhərində təlim-məşq toplanışını davam etdirir.

4-5 iyun tarixlərində Kiprdə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan yığmamızın heyətinə legioner həyatı yaşayan basketbolçularımız da qoşulublar.

Bunlar Türkiyənin “Qaziantep” klubunun kapitanı Orxan Aydın və 2017-ci ildən millimizin üzvü olan, İspaniyanın “Mursiya” komandasının amerikalı üzvü Cordan Deyvisdir. Onu da qeyd edək ki, kişilərdən ibarət əsas komandamıza yeni təyin olunmuş baş məşqçi Aleksandar Trifunoviç də toplanışı izləmək üçün Serbiyaya səfər edib.

Mütəxəssis burada millinin üzvləri ilə tanış olub. Aleksandar Trifunoviç basketbolçularla əsas milli komandanın qarşıdakı təlim-məşq toplanışları barəsində söhbət apararaq, onlara Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ