“Formula 1” üzrə daha bir mərhələ yarışı keçirilməyəcək.
, Fransa hökuməti koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində iyulun ortalarınadək ölkədə kütləvi tədbirlərin keçirilməsini qadağan edib.
Bu səbəbdən Kastel bölgəsində iyunun 28-də keçiriləcək Fransa Qran Prisi ləğv olunub.
Qeyd edək ki, bu, ləğv olunan üçüncü Qran Pridir. Azərbaycan Qran Prisi də daxil olmaqla, daha yeddi Qran Pri təxirə salınıb. Bakıda yarışın oktyabrın ortalarınadək keçirilməsi barədə müzakirələr gedir.