Aprelin 25-də Bərdə şəhəri Nəriman Nərimanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində Qarabağ Regional Təhsil İdarəsi üzrə “Əlaçı” televiziya layihəsinin seçim turu təşkil olunub.
Seçim mərhələsində region üzrə ümumilikdə 184 nəfər 9-cu sinif şagirdi iştirak edib.
Qeyd edək ki, müsabiqənin yekun nəticələrinə əsasən ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak etmək hüququ qazanacaqlar.
Bütün iştirakçılara uğurlar arzulayırıq!
#EduAz #MÜTDA #Əlaçı
