Sizin reklam burada
Sizin reklam burada

Ukraynada tərəflər Zelenski olmadan razılığa gələcəklər - Trampdan sensasion iddia

Ukraynada tərəflər Zelenski olmadan razılığa gələcəklər - Trampdan sensasion iddia

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişədə tərəflər Zelenski olmadan razılığa gələcəklər.

Tramp bu barədə “NewsMax”a verdiyi müsahibədə bildirib:

"Mən Zelenskinin böyük fanatı deyiləm. Onlar Ukraynanı məhv ediblər".

Tramp qeyd edib ki, Zelenski ilə danışıqlar aparmaq Putinlə danışıqlardan daha çətindir. O, Ukrayna liderini 19-cu əsrdə səyyar sirkin banisi P.T.Barnumla (müasir şou-biznesin və aqressiv PR-ın banilərindən biri hesab olunur, "ictimaiyyət tamaşa istəyir" ifadəsi ilə məşhurdur - red.) müqayisə edib.

ABŞ prezidenti Kiyevin ABŞ-ın tələblərinə baxmayaraq Rusiya neft emalı zavodlarına endirdiyi zərbələri "təhqir" adlandırıb.

O, Ukraynada seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb.

Tramp deyib: "Zelenski bizim məşğul olmalı olduğumuz adam deyil... O, razılaşma istədiyini deyir, amma istəmir".

  • Sosial şəbəkədə paylaş