Danimarka Qrenlandiyada ABŞ ilə müharibəyə hazırlıq görüb.
Bu barədə "Danmarks Radio" (DR) məlumat yayıb.
Nəşrdə iddia edilir ki, krallıq adaya partlayıcı maddələrlə təchiz olunmuş sapyorlar göndərib. Müdaxilə baş verəcəyi təqdirdə, onlar Nuuk və Kanqerlussuaqdakı aerodromların uçuş-eniş zolaqlarını məhv etməlidirlər. Bu, ABŞ hərbçilərinin adaya eniş etməsinin qarşısını almaq üçün lazımdır.
Həmçinin, Danimarka yardım göstərmək üçün tələsik qan ehtiyatları formalaşdırıb.
