İraqın paytaxtı Bağdadda yerləşən ABŞ səfirliyi hücuma məruz qalıb.
"AFP" agentliyinə danışan rəsmi şəxs səfirliyin pilotsuz uçuş aparatı ilə vurulduğunu bildirib. Səfirliyin yaxınlığında güclü partlayış olub və hava hücumu siqnalları işə düşüb.
Səfirlik Bağdadın ciddi şəkildə qorunan Yaşıl Zona adlanan ərazisində yerləşir. Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Mümkün zərərçəkənlərlə bağlı məlumat verilməyib.
