Sizin reklam burada
Sizin reklam burada

Tehran, Şiraz, Əhvaz – İsrail bu şəhərləri eyni vaxtda bombaladı

Tehran, Şiraz, Əhvaz – İsrail bu şəhərləri eyni vaxtda bombaladı

İsrail Müdafiə Qüvvələri (İMQ) bildirib ki, İsrail Tehran, Şiraz və Əhvaza eyni vaxtda, o cümlədən yeraltı ballistik raket anbarına zərbələr endirib.
İsrail Hərbi Hava Qüvvələri (HHQ) Telegram kanalında verdiyi açıqlamada bildirilir:
“Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatlarına əsasən Tehran, Şiraz və Əhvazda infrastruktur obyektlərinə eyni vaxtda bir neçə zərbə endirib. İranın cənubundakı Şirazda həyata keçirilən zərbələr zamanı İsrail Hərbi Hava Qüvvələri İranın İsrail dövlətinə qarşı atılması nəzərdə tutulan ballistik raketlərin istehsalı və saxlanması üçün istifadə etdiyi yeraltı obyektə zərbə endirib".

  • Sosial şəbəkədə paylaş