
Pakistan qüvvələri Əfqanıstanda növbəti hava hücumu həyata keçirib.
Bu barədə “TOLO News” Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahidə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Kabildəki, eləcə də Qəndəhar, Paktiya və Paktika əyalətlərindəki hədəflərə hücum edilib. Mücahid əlavə edib ki, bombardmanlar nəticəsində mülki şəxslər arasında itkilər olub.
