Yaxın Şərqdə davam edən gərginlik fonunda süni intellekt son 20 ilin hərbi və siyasi hadisələrini analiz edərək işğalı demək olar ki, qeyri-mümkün olan ölkələri sıralayıb.
Coğrafi mövqe, müdafiə büdcəsi və cəmiyyətin müqavimət ruhu kimi faktorların nəzərə alındığı siyahı aşağıdakı kimidir.
ABŞ: Dünyanın ən böyük müdafiə büdcəsi (900 milyard dollar), okeanlarla əhatə olunmuş coğrafiya və xalqın yüksək silahlanma səviyyəsi.
Çin: Nəhəng ordu, hipersəs silahlar, güclü iqtisadiyyat və kütləvi xalq dəstəyi.
Rusiya: Dünyanın ən geniş ərazisi, sərt iqlim şəraiti, güclü nüvə arsenalı və partizan müharibəsi ənənəsi.
İsveçrə: Alplarda müdafiə üstünlüyü, "Reduit" sistemi və əhalinin hərbi hazırlığı.
Hindistan: 1,4 milyardlıq əhali, Himalay dağları və nüvə gücü.
Türkiyə: Güclü daxili müdafiə sənayesi (Bayraktar, Hisar, Altay), PUA gücü, çətin coğrafiya və yüksək milli ruh.
İran: Hörmüz boğazı üzərində nəzarət, dağlıq ərazi və güclü müdafiə sənayesi.
Şimali Koreya: Cəmiyyətin tam hərbiləşmiş strukturu, yeraltı sığınacaqlar və nüvə silahları.
Yaponiya: Ada dövləti olması, qabaqcıl dəniz və hava müdafiə texnologiyaları.
Fransa: Nüvə sualtı qayıqları, NATO təhlükəsizliyi və sahil müdafiəsi imkanları.
Siyahının davamı:
11) Cənubi Koreya: Yüksək hərbi texnologiya və şəhərlərin yeraltı infrastrukturu.
12) Almaniya: İqtisadi dayanıqlıq və texnoloji baza.
13) Pakistan: Nüvə gücü və sərt dağlıq sərhədlər.
14) Braziliya: Amazon meşələri və nəhəng ərazi.
15) İndoneziya: 17 mindən çox ada və strateji boğazlar.
16) Vyetnam: Meşəlik ərazilər və partizan müharibəsi təcrübəsi.
17) Polonya: NATO dəstəyi və ordunun sürətli modernizasiyası.
18) Meksika: Dağlıq və meşəlik ərazi, kalabalat əhali.
