Sizin reklam burada
Sizin reklam burada

İran yeni cavab zərbələri dalğasın başlatdı

 İran yeni cavab zərbələri dalğasın başlatdı

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), İsrailə və ABŞ-ın hərbi bazalarına qarşı raket və pilotsuz uçuş aparatları (PUA) ilə 36-cı cavab zərbələri dalğasına başladığını elan edib.
Bu barədə məlumatı İranın dövlət teleradio şirkəti yayıb.
““Doğru Vəd — 4” əməliyyatının 36-cı mərhələsi işğal olunmuş ərazilərdəki hədəflərə və ABŞ-ın terrorçu ordusunun bazalarına qarşı həyata keçirilib”, - SEPAH-ın bəyanatında deyilir.
Məlumata görə, hücumlar zamanı "Qadr", "Emad" və "Xeybər Şekan" raketləri, həmçinin PUA-lardan istifadə edilməklə kombinə edilmiş zərbələr endirilib.
Martın 9-da isə SEPAH əməliyyatın 31-ci seriyasını silahlı qüvvələrin yeni ali baş komandanı ayətullah Müctəba Xameneiyə həsr etmişdi. Həmin hücumlar zamanı İsrail və Amerika bazalarına qarşı güclü, ifrat ağır raketlər tətbiq olunmuşdu.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ