İran Avropa ölkələrini müharibəyə qoşulmaqdan çəkinməyə çağırıb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Avropanın müharibəyə qoşulmasınını mümkünlüyünə münasibət bildirərkən deyib.
“Bu, müharibə aktı olardı. İrana qarşı istənilən bu cür hərəkət təcavüzkarlarla əlbir olmaq kimi qiymətləndiriləcək. Bu, İrana qarşı müharibə hesab ediləcək”, - Bəqai xəbərdarlıq edib.
